Gədəbəy rayonunda 3 nəfərin xəsarət alması ilə nəticələnən yol nəqliyyat hadisəsi baş verib.
Unikal.org Kəpəz TV-yə istinadən xəbər verir ki, hadisə rayonun Qarıkənd ərazisində qeydə alınıb. 31 yaşlı rayon sakini Seymur Şirinov idarə etdiyi "Vaz -011" markalı avtomobilin idarəetməsini itirərək, onu traktor qoşqusuna çırpıb. Nəticədə sürücü ilə yanaşı avtomobildə olan 2 sərnişin, rayon sakinləri - 20 yaşlı Bəhruz Bayramov və Vüqar adlı şəxs müxtəlif bədən xəsarətləri alıb. Yaralılar ilk olaraq Gədəbəy Mərkəzi Rayon Xəstəxanasına, daha sonra isə Gəncə şəhər TTYX-ya gətiriliblər. Hər üç yaralıya ilkin tibbi yardım göstərilib. Vəziyyətləri orta-ağır qiymətləndirilir.