Müğənni Xatirə İslam onun boşanmasını istəyən şəxslərə üzünü tutub, ürəyini boşaldıb.
Unikal.org xəbər verir ki, ifaçı "ATV maqazin onlarla" verilişində bildirib ki, gec yaşda ailə qurduğu üçün Allahdan balasını böyütmək üçün ömür arzu edir: "33 yaşında güclə bir ər tapmışam, imkan verin yaşayım. Mən indi balamın bezini dəyişirəm. Deyirlər ərə yalandan gedib, boşanacaq. Niyə axı boşanmalıyam?! Əgər istəsəniz, boşanaram, problem deyil. Amma siz istəmirsinizmi müğənnilərin də gözəl ailələri olsun?! Qadın boşananda əxlaqsız yola üz tutur".