"Qızımızı gətirmə. Məhkəmə lehimə qərar çıxaracaq və qızımızın yanına birlikdə gedəcəyik".
Unikal.org anspress-ə istinadən bildirir ki, Türkiyə mətbuatına istinadla verdiyi məlumata görə, istirahət üçün getdiyi ABŞ-da hava limanında həbs edilən, Azərbaycanda da sevilən müğənni Ebru Gündəşin həyat yoldaşı, iş adamı Rza Zərrab deyib. 
Mayamidə həbs edilən, çirkli pulların yuyulmasında ittiham edilən iş adamının ilk məhkəməsi aprelin 4-də olacaq. Artıq həyat yoldaşı E.Gündəş ərinə dəstək olmaq üçün yenidən ABŞ-a gedib. O, üç həftə həyat yoldaşına yaxın olmaq üçün Mayamidə qalacaq. 
İfaçının ikinci dəfə ABŞ-a qayıtmasının detalları bəlli olub. 75 il həbs cəzası istənilən Zərrab həyat yoldaşının bu müddət ərzində yanında olmasını istəyib. O, bu istəyini vəkilləri vasitəsilə Gündəşə çatdırıb. İddiaya görə, iş adamı həyat yoldaşından qızını gətirməməsini istəyib. Günahsız olduğuna əmin olan Zərrab onun yanına həyat yoldaşı ilə birlikdə qayıdacağını deyib. "Onun baş verənlərdən zərər çəkməsini istəmirəm". 
İddiaya görə, ərinin bu sözləri qarşısında duyğulanan E.Gündəş qızını İstanbulda qoyaraq yenidən ABŞ-a gedib. 
Mart ayının 19-da - yəni iş adamı həbs edilən gün onun yanında E.Gündəş və 5 yaşlı qızları Alara da olub. Lakin ifaçı baş verən hadisələrin qızına pis təsir etməməsi üçün elə həmin gün Türkiyəyə geri qayıtmışdı. 
İddiaya görə, qayıdan kimi qızını bağçaya göndərən E.Gündəş yaxınlarına "Rza məni yanında istəyə bilər", - deyib və Mayamiyə qayıtmağa qərar verib.