Qonca Vuslateri son zamanlar qalmaqallı açıqlamaları ilə diqqət mərkəzində qalmağı bacarır.
Unikal.org qafqazinfoya istinadən xəbər verir ki, aktrisanın "Hüriyyet" qəzetinə müsahibəsində "Sevişdikdən sonra şeir yazaram",- şərhi ölkə gündəmini zəbt edib.
Qonca sevişdikdən sonra böyük bir ədəbiyyatın yarana biləcəyini söyləyib:
"Sevişdikdən sonra böyük bir ədəbiyyatın yaranacağına inananlardanam. Əlbəttə, nəticə etibarı ilə uşaq da dünyaya gələ bilər. O uşaq ədəbi bir əsər ola bilər. Demək istədiyim odur ki, sevişmək çox qiymətli bir şeydir. Qarşındakının xarakterindən də çox şey asılıdır. Seçimin səhv insan ola bilər, ancaq ondan aldığın hissləri başqasından ala bilməzsən. Sevişmək hamının girə bilməyəcəyi bir otaqdır. O otaqdan şeirlər, təhqirlər, elanı eşqlər çıxır".