Almaniyanın "Ayntraxt" klubunun 19 yaşadək futbolçulardan ibarət komandasının futbolçusu Renat Dadaşov ilk dəfə Azərbaycan millisinə dəvət alıb.

Unikal.org klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, 18 yaşlı hücumçu Almaniya yığması ilə 2018-ci il dünya çempionatının seçmə qrup matçına çağırılıb.

O, martın 19-da Bakıya gələrək, Bundestimlə görüşün hazırlıq prosesinə qatılacaq.

Qeyd edək ki, Renat Dadaşov hazırda Almaniyada yaşayır. 18 yaşlı hücumçu 2013-cü ilin fevralından 2014-cü ilin oktyabrınadək Azərbaycan yığmasında forma geyinmiş Rüfət Dadaşovun qardaşıdır. Hazırda Almaniyanın "Ayntraxt" klubunun U-19 yığmasında çıxış edən Renat Dadaşovun müqaviləsi 2018-ci ilin iyununda başa çatacaq. O, cari mövsümdə klubunun heyətində 11 oyuna çıxıb, 3 qol və 2 məhsuldar ötürmə müəllifi olub. Hücumçu 2016-cı ilin mayında Bakıda 17 yaşadək futbolçular arasında keçirilmiş Avropa çempionatında da çıxış edib. Yarış ərzində Dadaşov Almaniya millisinin heyətində Slovakiya (5:1), Avstriya (4:0) və Belçika (1:0) yığmaları ilə görüşlərdə qol vurub və bürünc mükafatçı olub.