Google şirkətinin yeni Family Link servisini təqdim edib. Onun köməyilə uşaqların öz smartfonlarından necə istifadə etdiyini izləmək mümkün olacaq.

Unikal.org xəbər verir ki, yeni servis mobil alətin köməyilə valideynlər uşaqların hansı tətbiqetmələrdə daha çox vaxt keçirdiyinə baxa bilərlər. Family Link servisi valideynlərə Google Play mağazasından uşaqların hansı proqramları yükləyə biləcəyini seçə bilərlər. Hansısa proqramı yükləmək üçün uşaqlar valideynlərdən icazə almalı olacaq. Eləcə də servisin köməyilə müəyyən saatlarda smartfona girişi bağlayacaq "gecə rejimi" qurmaq mümkündür.

Hazırda Family Link test səviyyəsindədir və ancaq ABŞ ərazisində yüklənə bilər. Sınaqlarda iştirak üçün xüsusi saytda sorğu ilə müraciət etmək lazımdır. Servis Android 7.0 Nougat əməliyyat sistemi çalışan smartfonlar üçündür.