ABŞ prezidenti Donald Trampın oğlu Berron iki ay sonra ilk dəfə ictimaiyyət qarşısına çıxıb.

Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, , Tramp seçkilər ərəfəsində təkcə özü ilə deyil, ailəsi ilə də gündəmdə olmuşdu. Onun xanımı Melaniyanın modellik vaxtı çəkdirdiyi açıq-saçıq fotoları, oğlu Berronun isə qəribə davranışlarını, autizm xəstələri kimi hərəkətlərini nümayiş etdirən videosu yayılmışdı.

Melaniya həmin ərəfədə videonu sosial mediadan sildirmək üçün qanuni yollara əl atsa da, yanvarda Donaldın inauqurasiyası zamanı Berron yenə qeyri-adi tərzdə, əsəbi davranışı ilə diqqət çəkmişdi. Bundan sonra ailə oğlanı kameralardan uzaq tutmağa çalışırdı.

Dünən isə Floridaya həftəsonunu keçirməyə gedən ailə fotoqraflar tərəfindən görüntülənib. Berronun qalmaqaldan sonrakı ilk fotosu diqqətdən kənar qalmayıb.