Keçən il Yerevanda Polis məntəqəsini zəbt edənlərlə əlaqədə olmaqda ittiham edilən Artur Sarkisyanın ölümündən sonra polislərin hərəkətinə etiraz olaraq şəhərin mərkəzində etiraz aksiyası keçirilib.

Unikal.org erməni mətbuatına istinadən xəbər verir ki, etirazçılar baş nazirlə görüş tələb ediblər, lakin görüş keçirilməyib.

Daha sonra aksiya zamanı etirazçılar və polis əməkdaşları arasında toqquşma baş verib.

Nümayişçilər A.Sərkisyanın ölümündə günahkar olan cavabdeh şəxslərin cəzalandırılmasını istəyir. Eyni zamanda aksiya iştirakçıları 16 martda "Ermənistan" tibb mərkəzində ölən A.Sərkisyana qarşı haqsızlıqlara görə ədliyyə naziri və baş prokurorun vəzifəsindən azad olunmaısnı tələb edir.

Son məlumatlara görə, artıq hüquq mühafizə orqanları oturaq aksiyanı dağıtmaq üçün hərəkətə keçib.

Xəsarət alanlar barədə məlumat verilməyib.