Çinin şərqində Çjetsyan vilayətində içərisində 11 balıqçının olduğu qayıq batıb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, 5 nəfərin həyatını xilas etmək mümkün olub. 6 nəfər balıqçının taleyi isə hələ məlum deyil.

Hazırda xilasedicilər dəniz sahillərində itkin balıqçıların axtarışını davam etdirirlər.