Martın 18-də yerli vaxtla saat 21 radələrində Nigeriyanın şimal-şərqində Mayduquri şəhəri yaxınlığında kəndə üç terrorçu-kamikadze hücum edib.

Unikal.org xarici mətbuataına istinadən xəbər verir ki, terrorçu-kamikadzelərin törətdiyi partlayış nəticəsində 4 nəfər ölüb, 8 nəfər yaralanıb.

Ölənlər könüllü döyüşçü, bir qadın və iki uşaqdır.

Qeyd edək ki, bundan əvvəl cümə axşamı radikal "Boko Haram qruplaşması Borno ştatında yaşayış məntəqələrinə hücum edib.