Bu gün keçirilən 2 oyunla Azərbaycan Premyer Liqasında XXIII tura yekun vurulub.

Unikal.org xəbər verir ki, turun son oyununda "Zirə" çempionatın lideri "Qarabağ"ı qəbul edib.

Görüş 0-0-lıq bərabərliklə başa çatıb.

Günün ilk qarşılaşmasında "Qəbələ "AZAL ilə qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.