Şimali İraq Kürd Muxtariyyətində fəaliyyət göstərən türkmanların siyasi partiyaları və dərnəkləri Sincar bölgəsini işğal edən PKK ilə bağlı ortaq bəyannamə yayıb.

Unikal.org xəbər verir ki, bəyannamədə PKK-nın sözügedən bölgəni tez bir zamanda tərk etməsinin vacibliyi vurğulanıb.

"Türkman siyasi partiyaları və dərnəkləri olaraq, PKK və ona bənzər silahlı qrupların Sincardakı varlığının sabitliyə ciddi təhlükə yaratdığı və gələcək münaqişələrə zəmin hazırladığı qənaətindəyik. Bölgədəki bütün siyasi və hərbi qruplar İraq və Kürd Muxtariyyətinin əmri ilə hərəkət etməlidir. Bu səbəbdən düşünürük ki, PKK Sincarı tez bir zamanda tərk etməlidir, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, sözügedən bölgə faktiki olaraq PKK-nın nəzarətindədir.