Qərbi Mosulda İŞİD silahlıları İraq polisinin polkovnikini əsir götürüblər.

Unikal.org-un xəbərinə görə, bu barədə Reuters agentliyi İraq daxili işlər nazirliyinin rəsmisinə istinadən məlumat verib.

Adı açıqlanmayan polkovniklə birgə 8 polis əməkdaşının da əsir düşdüyü bildirilir. Hadisənin təfərrüatları barədə məlumat verilmir.

Qeyd edək ki, Mosulun İŞİD-dən azad edilməsi əməliyyatı keçən ilin oktyabr ayında başlayıb. Bundan əvvəl şəhərin şərq hissəsi terrorçulardan azad edilib. Bu ilin fevralında Mosulun qərbinin azad edilməsi üçün əməliyyat başlanıb.