OPEK-ə üzv ölkələrin neft hasilatının azaldılması barədə sazişin müddətinin uzadılmasını dəstəkləməsi barədə xəbər "qara qızılın qiymətinin artmasına səbəb olub.

Unikal.org-un məlumatına görə, Nyu-Yorkun NYMEX əmtəə birjasında keçirilən elektron ticarət əməliyyatlarının gedişində WTI neftinin qiyməti 1 barelə görə 0,39% artaraq 49,10 dollar təşkil edib.

ICE London qitələrarası birjasında Brent markalı neftin 1 barelinin dəyəri 0,48% artaraq 51,87 dollar olub.