Dünyaca məşhur "Forbes jurnalı planetin ən zənginlerinin siyahısını açıqladı.

Unikal.org-un Anadolu Agentliyinə istinadən məlumatına görə, Microsoftun qurucusu amerikalı iş adamı Bill Qeyts ötən il 75 milyar dollar olan şəxsi sərvətini bu il 86 milyar dollara çıxarıb. Beləliklə, o, bir daha zənginlər siyahısında 1-ci oldu. Dörd ildir ki, bu yeri heç kimə buraxmayan iş adamı 1994-cü ildən bu yana siyahıda 18-ci dəfə birinci oldu.

2-ci yerdə amerikalı iş adamı Uarren Buffet, 3-ü yerdə isə "Amazon"un qurucusu Ceff Bezos dayanır.