Azərbaycan dünyanın ən ucuz ölkələrinin siyahısında ilk iyirmiliyə daxil edilib.

Unikal.org bildirir ki, "Numbeo portalının 121 ölkədə keçirdiyi tədqiqaın nəticələrinə əsasən hazırladığı reytinqdə belə deyilir.

Qeyd edək ki, reytinq hazırlanarkən 50 əmtəə və xidmətlərin - qidalanma, daşınmaz əmlakın icarəsi, restoranların orta qiyməti, taksilərin qiyməti, asudə vaxtın təşkili, kommunal xidmətlərin, mobil telefonların və s. qiymətləri nəzərə alınıb.

Portalın məlumatına əsasən, Azərbaycanın indeksi 27,76 olub.

Ən ucuz ölkələrin siyahısına Misir başçılıq edib, ikinci yerdə Hindistan, üçdə Ukrayna, dörddə Pakistan, beşinci yerdə isə Gürcüstan qərarlaşıb.

Yaşayış üçün ən bahalı ölkələr siyahısında Bermud adaları (146,19), İsveçrə (122,06), İslandiya (111,71), Norveç (106,31) və Baham adaları (105,05) yer alıb.