Bu gün şübhəli paketlərlə əlaqədar Polşanın Koşalin şəhərində məhkəmə binasından 180 nəfər evakuasiya edilib.

Unikal.org-un məlumatına görə, bu barədə Polşa Televiziyası məlumat yayıb.

Telekanalın məlumatına görə, paketin üzərindəki məktubda yazılıb ki, paketdə "Sibir qarayarası tozu, digər paketdə isə partlayıcı qurğu var. Paketlərin birində ağ toz şəklində maddə tapılıb. Şübhəli maddə ilə əlaqədar məhkəmə binasında olan şəxslərdən 9 nəfəri, o cümlədən iki polis xəstəxanaya yerləşdirilib.

Məhkəmə binasına bitişik küçələrdə nəqliyyatın hərəkəti dayandırılıb. Partlayış təhlükəsi ilə əlaqədar məhkəmənin işi dayandırılıb.