Bu barədə qərar bu gün verilib.

Moskva arbitraj məhkəməsi bu gün BM-bankın "Praqa-AST" MMC-yə qarşı qaldırdığı iddianı təmin edib.

Unikal.org xəbər verir ki, bu barədə "İnterfax"ın müxbiri məhkəmə zalından bildirib.

Məhkəmə azərbaycanlı milyarder Telman İsmayılova məxsus "Praqa-AST" MMC-dən $331,4 mln alınaraq BM-banka verilməsi barədə qərar çıxarıb.
BM-bankın ilkin iddiası $318,6 mln olub, amma iclasın gedişində məhkəmə bankın ərizəsini nəzərə alaraq tələbi $331,4-a qaldırıb.