Brüsseldə terror aktı törətməkdə şübhəli bilinən Feysəl Şəffunu azadlığa buraxılıb.

Unikal.org-un Azvision.az-a istinadən məlumatına görə, barədə Brüssel Prokurorluğu qərar qəbul edib.

Məlumata görə, şübhəli şəxsi həbs etmək üçün kifayət qədər sübut olmadığına görə sərbəst buraxılıb.

Xatırladaq ki, 22 mart tarixində Brüsseldə 4 partlayış törədilib. Terakt nəticəsində 34 nəfər həlak olub, 200-dən çox insan yaralanıb. Hadisəyə görə məsuliyyəti İŞİD terror təşkilatı öz üzərinə götürüb. 

İŞİD terrorçusunun Türkiyədə həbs edildiyi və Belçikaya deportasiya edildiyi məlum olub.