21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi itki ilə üzləşib.

Unikal.org xəbər verir ki, Fəhmin Muradbəyli yığmanın düşərgəsini tərk edib.

Buna səbəb "Neftçi"nin yarımmüdafiəçisinin təlim-məşq toplanışına zədəli qoşulmasıdı. Fəhmin həkim müayinəsindən sonra yığmanın düşərgəsindən ayrılıb.

Qeyd edək ki, "Neftçi"nin digər oyunçuları Ruslan Abışov və Namiq Ələsgərov da eyni səbəbdən əsas yığmadan ayrılıblar.