Böyük Britaniyanın Parlament binası yaxınlığındakı Vestminster körpüsü üzərində baş verən silahlı insident nəticəsində 12 nəfər yaralanıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, parlamentin işi dayandırılıb, bina mühasirəyə alınıb.

"İnsident, mahiyyət etibarı ilə Vestminster körpüsündə baş verib. Hər yan polis tərəfindən mühasirəyə alınıb, ərazidə polis vertolyotu dövr edir", - deyə "Sky News" telekanalının məlumatında bildirilir.