"TRT1də yayımlanan "Gündem ötesi proqramında Hollivud istehsalı olan "Spektr filmi ilə bağlı çox ilginc məsələ müzakirə olunub.

Unikal.org Türkiyə KİV-nə istinadən xəbər verir ki, belə ki filmin 01:36:20 dəqiqəsindəki səhnədə Amerika ordusunun yox etdiyi düşmən ordusu göstərilir. Proqramın qonaqları və aparıcısı Pelin Çift həmin düşmənin Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan olduğunu iddia edib. Filmin ssenarisi də qonaqlar üçün ilginç hesab edilib.

Belə ki, filmdə Amerika ordusu "düşmən hesab etdikləri ölkəni işğal etmək üçün plan hazırlayır. Ancaq həmin ölkədə hesab edə bilmədikləri bir düşmənlə savaşırlar. Bu düşmən elə bir düşməndir ki, onu ancaq xüsusi cihazlarla görmək mümkündür. Bunun üçün də elektromanyatik silahlardan istifadə edilir və düşmən görüntülənir. Sonda isə bu görünməz düşmənlərin hamısı öldürülür. Və tam o məqamda həmin "görünməz düşmən nin 12 saniyəlik görüntüləri yayımlanır.