İran Prezidenti Həsən Ruhaninin Rusiyaya səfər tarixi açıqlanıb.

Unikal.org Kremlin mətbuat xidmətinə istinadən məlumat verir ki, H.Ruhani martın 27-28-də Rusiyada rəsmi səfərdə olacaq.

İran Prezidenti martın 28-də rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək. Görüşdə iki ölkənin energetika və nəqliyyat infrastrukturu sahələrində birgə layihələri müzakirə olunacaq.

Danışıqların yekunu üzrə bir sıra ikitərəfli sənədlərin imzalanacağı gözlənilir.