Türkiyənin Radio və Televiziya Üst Kurulu (RTÜK) müğənni Gülşənin "Dan Dan" klipinə cəza verib.
Unikal.org türk mediasına istinadən xəbər verir ki, qurumun qərarına görə, müğənni klipdə özünü telefonla intim xidmət verən qadına bənzədir: "Sinə dekoliteli qırmızı bir mayo və dizdən yuxarı çəkməgeyinin müğənnin yatağın üzərində göstərdiyi davranış telefon ilə intim xidmət təklif edən qadınların reklamına bənzəməkdədir".
RTÜK klipi yayan Kral Pop, NR1, Power Türk ve Dream Türk kanallarına da cəza verib.
Qurum həmçinin mahnının nəqarətindəki "Öldürürüm kendimi dan dan dan" sözlərinin də uşaqlar və gənclər üçün mənfi təsir göstərə biləcəyini qeyd edib.("Qafqazinfo" )