Lionel Messi "Barselona"nın transfer siyasətində əsas söz sahibi olmaq istəyir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, "Barselona" ilə yeni müqavilə imzalamayan Messi sözləşməsinin müqaviləsini uzatmaq üçün şərtlərini açıqlayıb. İddia olunur ki, argentinalı ulduz "Monako"dan Bernardo Silva və Kilian Mbappenin, "Borussiya"dan (Dortmund) Osman Dembele, "Atletiko"dan Antoine Qrizman və "Arsenal"dan Hektor Bellerinin alınmasını tələb edib.

Messi, həmçinin bəzi futbolçuların satılmasını istəyir. Bunlar Luis Enrikenin son dönəmlərdə transfer etdiyi oyunçulardı: Andre Qomes, Pako Alkaker, Arda Turan, Ceremi Matyu, Lukas Digne və Denis Suares.