AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Unikal.org-un məlumatına görə, iclasda Premyer Liqanın 23-cü turunun "Zirə - "Qarabağ matçında "Zirə klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klubun 800 manat cərimə olunması barədə qərar qəbul olunub.

Həmçinin oyunun 66-cı dəqiqəsində "Zirə klubunun 16 â„–-li futbolçusu Akeem Latifu ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb, klub 200 manat cərimə olunub.