DÇ-2018-in seçmə mərhələsində milli komandamızla qarşılaşacaq Almaniya yığması artıq Bakıdadır. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, bu gün Bakı vaxtı ilə saat 17:30-da Düsseldorfdan çarter reysi ilə yola düşən bundestim təxminən 5 saat yarımlıq uçuşdan sonra Azərbaycana çatıb. Qonaqlar hava limanından birbaşa məskunlaşacaqları "Boulevard Hotelə yollanıblar. Almaniya yığması Bakıdakı yeganə məşqinə sabah saat 17:45-də çıxacaq. Hazırlıq prosesi oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika Stadionunda baş tutacaq. 

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu martın 26-da saat 20:00-da start götürəcək.

almaniyanin futbol uzre milli komandasi bakiya gelib

almaniyanin futbol uzre milli komandasi bakiya gelib