"Götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalıb.

Unikal.org xəbər verir ki, bu açıqlamanı öz facebook səhifəsindən Əsgər Ailələrinə Dəstək İctimai Birliyinin sədri Mətanət Əsgərqızı yayıb. 

O deyib: "Əziz dostlar! Belə bir məlumat öyrəndim ki, aprel döyüşlərində şəhid olan Seymur Baxışovun ailəsi «Bank of Baku» tərəfindən təzyiqlər edilir. Götürdüyü krediti qaytara bilmədiyi üçün ailə bank nümayəndələri tərfindən hədə-qorxulara məruz qalıb. Bankdan onlara deyilir ki, Nə olsun, bizə görə şəhid olmayıb ki, ölüb, ölüb də, Allah rəhmət eləsin, gətirin bankın pulunu ödəyin.
Ailənin isə bu pulu ödəməyə imkanı yoxdu.
Döstlar bu məsələni İCTİMAİLƏŞDİRİN!"