İmişlidə yol qəzası nəticəsində sürücü xəsarət alıb. 

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, rayonun Bəcrivan kəndində "Mercedes markalı minik avtomobilinin sürücü 1980-ci il təvəllüdlü Hüseynov Eldəniz Famil oğlu idarəetməni itirib. Nəticədə avtomobil dərəyə aşıb. 
Sürücü müxtəlif xəsarətlərlə İmişli mərkəzi rayon xəstəxanasına çatdırılıb.