Neftçalada yanğın hadisəsi qeydə alınıb. 

Unikal.org-un FHN-nin saytına istinadən verdiyi xəbərə görə, yanğın rayonda vətəndaşa məxsus ümumi sahəsi 104 m² olan qamışdan ibarət birmərtəbəli 3 otaqlı evdə baş verib. Nəticədə evin 1 otağının yanar konstruksiyaları 28 m² sahədə yanıb. Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 00:18-də yanğınsöndürənlər tərəfindən söndürülüb.