Bakıda ağır yol qəzası baş verib. 

Unikal.org Lent.az-a istinadən xəbər verir ki, Yasamal rayonu ərazisində - "20 Yanvar" dairəsində "Cherry" markalı avtomobil yolu keçməyə çalışan piyadanı vurub.

Bildirilir ki, 30-35 yaşlı piyada qaçaraq yolu keçməyə çalışıb və bu zaman sürətlə hərəkət edən minik avtomobili onu vuraraq kənara atıb. Piyada hadisə yerindəcə keçinib.

Faktla bağlı cinayət işi açılıb, araşdırma aparılır.