Bakıda yanğın qeydə alınıb.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Qaradağ rayonunda vətəndaşa məxsus ümumi sahəsi 112 m2 olan birmərtəbəli 4 otaqlı evin bir otağının döşəməsi 2 m2 sahədə və ev əşyaları 3 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 12:37-də yanğınsöndürənlər tərəfindən söndürülüb.