DÇ-2018-in seçmə mərhələsi çərçivəsində Azərbaycan Almaniya ilə qarşılaşacaq. 

Unikal.org-un apasport.az-a istinadən məlumatına görə, milli komandaların oyunundan əvvəl iki yığmanın fanatları arasında yoldaşlıq oyunu baş tutub.

"Bayıl Arenada keçirilən görüş azərbaycanlı azarkeşlərin 10:2 hesablı darmadağını ilə yekunlaşıb.

Təxminən 80 azarkeşin izlədiyi görüşdən sonra tərəflər dostluq fotosu çəkdiriblər.