Dünyanın hər yerində uşaqlara qeyr-adi adlar verilə bilər. Azərbaycanın rəsmi Terminologiya Komissiyası bunun qarşısını almaq üçün hətta bəzi adları qadağan edir.

Unikal.org BBC-yə istinadən bildirir ki, amma jurnalist Chris Haslam aşkar edib ki, Zambiyada verilən bəzi adlar qeyri-adi olmaqla yanaşı xüsusi məna daşıyır.

Zambiyaya səfərim zamanı mən Mulangani adlı oğlanla tanış oldum. Mulangani "Məni cəzalandır" və ya daha dəqiq desək, "Cəzalandırılmalı" deməkdir. Axı kim bu uşağa belə dəhşətli ad verib? - deyə sürücüm Mavutodan soruşdum.

"Ola bilsin babası, ola bilsin rəis", Mavuto deyir. O izah edir ki, Zambiya və qonşu Zimbabvedə valideynlər tez-tez uşağın adının verilməsini ağsaqqallara tapşırırlar.

"Bəzən rəis ailəni cəzalandırmaq istəyir. Yaxud da bəlkə düşünür ki, daha bir uşaq bu ailəyə əzab verəcək", o əlavə edir.

Oğlan ağır velosipedini güclə evinə doğru sürür, velosipedi iki əli ilə tutmalı olduğuna görə milçəkləri üzündən qova bilmir... Bütün bunları izləyəndə özümə düşünürəm: təəssüf ki, adı ona yaraşır.

Onun kimilər çoxdur. Bir neçə gün sonra mən Chilumba adlı birisilə tanış oldum. Onun adının mənası "qardaşımın qəbri"dir. Balaudye - "Məni yeyəcəklər", Soca - "Bəxtiqara", və Chakufwa - "ölüdür" ilə də rastlaşdım.

Amma mən Daliso ("Nemət") və Chikondi ("Sevgi") ilə də görüşdüm. Bəlkə sadəcə mənə elə gəlir, amma onlar daha xoşbəxt görünür.

"Afrika mədəniyyətində belə bir tendensiya var ki, uşaqlara onların doğulduğu şəraitə uyğun ad verəsən", SOS Children`s Villages qurumunda çalışan Clare Mulkenga-Chilambo deyir. "Sevinclə dolu anlarda doğulanlar üçün yaxşıdır, başqaları üçün isə yox".

Zambiyanın Lusaka şəhərində uşağı ilə gəzən qadın

Bu "başqaların" sayı çoxdur. Zambiyada HİV və QİÇS epidemiyası mövcuddur. Yoluxanların sayı getdikcə azalsa da, 2015-ci ildə 55 000 qadın və kişi və 5 000 uşaq bu xəstəliyə yoluxub. Ölkə boyu 380 000 QİÇS-ə görə kimsəsiz qalıb, 85 000 uşaq HİV ilə yaşayır.
Massiye ("Yetim") və ya Chisonis ("Kədər") bunların nümunələridir. Chimwamsozi "Gözyaşını içən" deməkdir. Doqquz yaşlı Komasi-nin adı "Onu öldür" deməkdir. Onun balaca qardaşının adı isə Komaniso-dur - yəni, "Onu da öldür".

"Zambiyalıların çoxunun bir neçə adı var", Kangachepe Banda mənə deyir. Onun adı "Zəngin" deməkdir - safaridə ekskursiya rəhbəri kimi çalışır, pis deyil yəni.

"Siz birinci addan danışırsınız", o izah edir. Bu addan az istifadə olunmalıdır - sən demə onu yalnız adı verən və adlanan istifadə etməlidir. Bu uşağa xatırlatmalıdır ki, o doğulanda, onun qəlbini yaxından tanıyan biri var.

Map of Zambia

Clare Mulenga-Chilambo deyir ki, adətən bu uşaqlar xristianlığa qəbul olunur və xaç suyuna salınanda onlara Xristian adları verilir. "Bu onlara ənənəvi adlarını ... tərk etməyə imkan verir".

Balaca Mulangani (həmin o "Cəzalandırılmalı") o günü səbrsizliklə gözləyir.

"Bu yaxınlarda mən xaç suyuna çəkiləcəm və yeni adım Emanuel olacaq. Bu "Allah yanımdadır" deməkdir", o izah edir, və gülümsəyir. Emanuel adı yaman xoşuna gəlir.