"Oyundan razı qaldım. Amma komandadan daha yaxşı oyun gözləyirdim". 

Unikal.org apasport.az-a istinadən xəbər verir ki, bu sözlər Almaniya yığmasının baş məşqçisi Yoahim Lövə məxsusdu.

DÇ-2018-in seçmə mərhələsində millimizin qonağı olan Bundestim asan qalib gələrək (4:1) yoluna itkisiz davam edib.

Oyundan sonra keçirilən mətbuat konfransında Lövün qələbə şərhi belə olub: "Bundan da yaxşısını bacararıq. Bu gün istədiyim oyunu tam görmədim".

- Komandanız 7 oyundan sonra qol buraxdı. Bundan əvvəlki matçlarda da sizin qapınıza qol vurmuşuq. Bunu nəzərə alıb, Azərbaycan yığmasına hansı qiyməti verərdiz?

- İstərdim ki, yenə qol buraxmayaq. Amma Azərbaycan yığması qol vurmağa çox çalışdı. Qiymət verə bilmərəm. Amma futbolunuzun inkişafda olduğu hiss olunur. Güclü rəqiblərə qarşı topla oynamağı bacarır. Azərbaycan futbolu böyük irəliləyişdədi və bu komanda ilə fəxr edə bilərsiz. Maşallah (azərbaycanca deyir).