Yaponiyanın Totiqi prefekturasında baş verən qar uçqunu nəticəsində 6 məktəbli ölüb.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hadisə nəticəsində 3 məktəbli xəsarət alıb, daha 3-ü itkin düşüb.

Qar uçqununun Nasu şəhəri yaxınlığında baş verdiyi bildirilir. Bu zaman xizəksürmə yamacında 50-dək məktəbli olub. Hazırda hadisə yerində xilasetmə tədbirləri davam etdirilir.