Bakıda klinikadan oğurluq edən şəxs saxlanılıb.

Daxili İşlər Nazirliyindən Unikal.org-a verilən məlumata görə, hadisə martın 26-da Yasamal rayonunda baş verib. Stomatoloji klinikalardan birindən keramik soba oğurlanıb. Hadisəni törətməkdə şübhəli bilinən Beyləqan rayon sakini, əvvəllər məhkum olunmuş Fuad Balakişiyev Əlahiddə Çevik Polis Alayının əməkdaşları tərəfindən tutulub.