"Azərbaycan və Misir arasında əlaqələr ticarət və mədəniyyət sahəsində inkişaf edən möhkəm dostluğa əsaslanır".
 
Unikal.org-un məlumatına görə, APA-nın Misirə ezam olunmuş müxbiri xəbər verir ki, bunu bu ölkənin ali təhsil naziri Əşrəf əl-Şişa azərbaycanlı jurnalistlərə açıqlamasında deyib.
 
Nazir qeyd edib ki, Misir prezidenti azərbaycanlı həmkarını rəsmi səfərə dəvət edib.
 
"Misir prezidentinin dəvəti əsasında Azərbaycan dövlət başçısının ölkəmizə rəsmi səfəri gözlənilir. Səfər zamanı əməkdaşlığın müxtəlif sahələrinə dair müzakirələr nəzərdə tutulur", - deyə o bildirib.