Bakıda "Ağ şəhər"də martın 22-də oğurluq hadisəsi baş verib. 

Unikal.org Baku.ws-ə istinadən xəbər verir ki, hadisə Xəqani Rüstəmov küçəsində qeydə alınıb.

Zərərçəkən Nigar Mustafayeva bildirib ki, onun avtomobilinin şüşələri sındırılıb. Xanım həmçinin diqqətə çatdırıb ki, avtomobilindən telefon və pul oğurlanıb. Eyni gündə həmin ərazidə digər 3 maşından da oğurluq edilib. Avtomobillərə ciddi ziyan dəyib. Zərərçəkənin sözlərinə görə, hadisə baş verən ərazidə təhlükəsizlik kamerası olmadığı üçün oğruları müəyyənləşdirmək mümkün olmayıb. 

Polis faktla bağlı araşdırlamalara başlandığını bildirib.