20 Sentyabr 2019
DBX rəisi bazardakı eşşək ətinin satışından DANIŞDI: Orada baytar həkimimiz var...
DBX rəisi bazardakı eşşək ətinin satışından DANIŞDI: Orada baytar həkimimiz var... MÜSAHİBƏ 17:04 2017-03-27

"8-ci kilometr bazarında leş ətlərin satışının əks olunduğu video görüntülərlə bağlı Dövlət Baytarlıq Xidmətinin rəisi Azər Süleymanov Unikal.org-a danışıb.

-Azər müəllim, yəqin ki, yayılan məlum videonu izləmisiniz...

-Mən də xəbərə təzə baxmışam. O məlumatı yayandan soruşun ki, həmin faktı haradan tapıb. O əti gətirənin kimliyini ortaya çıxarmaq lazımdır.

-Yazıda konkret ünvan göstərilib...

-Orada ümumi sözlər yazılıb. Konkret əti gətirənin, alanın adı yoxdur. Biz də onu gətirən adamı axtarırıq. Bilirsiniz ki, biz bu istiqamətdə çox ciddi mübarizə aparırıq. Hazırda bu görüntülərdəki məsələ araşdırılır. Onu yazan jurnalistin də əlində konkret məlumat varsa, bizə təqdim etsin.

-Həmin bazarda Sizin qurumun baytar həkimi varmı?

-Əlbəttə var. Bütün ətlərə baytar həkim nəzarət edir. Bu videoda bilinmir proses bazarın içərisindədir, ya çölündə. Konkret yer məlum deyil. Biz bunu araşdıracağğıq.

-Bazarın baytar həkimi ilə söhbət aparmısınız?

-Mən görüntülərə indi baxmışam. Lazımı göstəriş vermişəm. Araşdırma aparılır.

-İctimaiyyətdə belə bir fikir səsləndirirlər ki, baytar həkimlər leş ətlərn satışına şərait yaradır. Bu barədə nə deyə bilərziniz?

-(Əsəbiləşir-red)Siz hər deyilənləri ciddiyə almayın. Görürsünüz ki, bu problemlə gecə-gündüz mübarizə aparan bizik. Bu fikirlərin hamısı şər, böhtandır və qərəzli şəkildə deyilir. Özünüz də şahidsiniz ki, biz bu sahədə ciddi mübarizə aparıb belə faktların qarşısını almışıq. Çünki, bu cür ətlər insan sağlamlığına zərər yetirir.



Həsən Babayev