Almaniya millisinin və "Arsenalın futbolçusu Məsut Özil özünün "Facebook" hesabında Azərbaycanla bağlı paylaşım edib.

Unikal.org xəbər verir ki,DÇ-2018-in seçmə mərhələsi çərçivəsində dünən keçirilən Azərbaycan - Almaniya oyununda iştirak edən yarımmüdafiəçi ölkəmizə təşəkkür edib. O, "isti qarşılanmaya görə təşəkkürlər, Azərbaycan - sözlərini yazıb.

Qeyd edək ki, Azərbaycan - Almaniya oyunu qonaqların 4:1 hesablı qələbəsi ilə başa çatıb.