"Xaçmaz" elektrik stansiyasında cari ilin ötən iki ayı ərzində 43,1 milyon kilovatsaata yaxın elektrik enerjisi istehsal edilib.
"Azərenerji" ASC-nin Mətbuat xidmətindən Unikal.org-a daxil olan məlumatda bildirilir ki,   daxil olan məlumata görə, 2016-cı ilin fevral ayında isə bu rəqəm 20,9 milyon kilovatsaatdan artıq təşkil edib.
Avadanlıqların iş səmərəliliyinin artırılması, enerjinin ötürülməsi sisteminin dayanıqlı, sabit işləməsi və istismar səviyyəsinin yüksəldilməsi istiqamətində həyata keçirilmiş məqsədyönlü tədbirlər nəticəsində cari ilin ötən iki ayı ərzində də elektrik stansiyasının digər texniki iqtisadi göstəriciləri qənaətbəxş olub.
2015-ci il ərzində stansiyada elektrik enerjisi istehsalının həcmi 282,2 milyon kilovatsaatdan artıq olub.
Son üç ay ərzində stansiyada mühərrik-generatorlarda təlimata müvafiq növbəti, istismar həddinə uyğun texniki qulluq işləri həyata keçirilmiş, o cümlədən onların köməkçi avadanlıqlarında da müxtəlif təyinatlı təmir işləri aparılıb.
Digər enerji obyektlərində olduğu kimi, burada da yanğın təhlükəsizliyi məsələsi daima diqqət mərkəzindədir. Belə ki, sexlər, inzibati bina və yardımçı binalarda yanğın təhlükəsizliyi vəziyyətinə baxış keçirilmiş, o cümlədən yanğınsöndürmə avadanlıqları təftiş edilmiş, ərazi yanğın törədə biləcək tullantılardan təmizlənib. Eyni zamanda yanğınsöndürmə su sisteminin boruları və onun armaturları da yoxlanılmış, aşkar edilmiş qüsurlar aradan qaldırılıb.
Əməliyyat heyətinin işinə nəzarəti gücləndirmək, onların bilik səviyyəsinin artırmaq məqsədilə bütün növ təlimatlar keçirilmiş, bilik yoxlamaları aparılıb və əks qəza məşqləri keçirilib.

Xatırladaq ki, ümumi gücü 87 MVt olan "Xaçmaz" elektrik stansiyası 10 aqreqatdan ibarətdir.