Bu gün Bakı şəhəri, Sabunçu rayonunda vətəndaşa məxsus ümumi sahəsi 320 m2 olan ikimərtəbəli 7 otaqlı evin 1-ci mərtəbəsində ümumi sahəsi 110 m2 olan ərzaq mağazasının yanar konstruksiyaları yanıb.

Unikal.org-un FHN-in saytına istinadən verdiyi xəbərə görə, ev yanğından mühafizə olunub. 

Yanğın saat 06:57-də yanğınsöndürənlər tərəfindən söndürülüb.