Bu gün səhər saatlarında Maştağa-Zabrat şossesində yol qəzası baş verib.

Unikal.org report-a istinadən xəbər verir ki, naməlum maşın 90-LR-191 dövlət nömrə nişanlı "Hyundai Accent markalı avtomobili arxadan vurub.

Nəticədə "Hyundai Accent markalı nəqliyyat vasitəsi yol kənarındakı dərəyə yuvarlanıb.

Şahidlərin sözlərinə görə, "Hyundaiı üzü Zabrat istiqamətində hərəkət edərkən yol ayrıcından sürətlə çıxan ağ rəngli krossover onu vurub. Qəza törədən maşının sürücüsü hadisə yerindən qaçıb.

"Hyundaiin sürücüsü ciddi xəsarət almasa da, şok vəziyyətinə düşüb, avtomobilə ciddi ziyan dəyib.