Dünya karatesinin "Brilyant oğlanı" Rafael Ağayevin yeni doğulmuş oğlunun fotosu ortaya çıxıb.

Unikal.org baku.ws-ə istinadən xəbər verir ki, görüntüdə Rafael Ağayevin bir neçə gün öncə dünyaya gələn oğlunun görüntüsü əks olunub.

Qeyd edək ki, Rafael Ağayev ötən il ailə həyatı qurub.

Karatenin "Brilyant oğlanı" karyerası ərzində 5 dəfə Dünya, 10 dəfə isə Avropa çempionu adını qazanıb. Karateçimiz həmçinin 2013-cü ildə keçirilən Dünya Oyunları və Dünya Döyüş Oyunlarında da qızıl medal qazanıb.