Məşhur aktyor, "Ceyms Bond" rolundan sonra məşhurlaşmış Pirs Brosnan Havay arxipelaqında istirahətdədir.
İrland əsilli amerkialı sənətçi, 62 yaşlı Brosnan çimərlikdə olarkən paparassilər onu izləyiblər.
Ceyms Bond roluna artıq çəkilməyən Brosnanı "Bondiana" filmlərində britaniyalı Deniel Kreyq əvəzləyib.
"Agent 007"in yeni macəraları ilə bağlı filmin çəkilişi artıq başlanıb.
Pirs Brosnan isə bildirib ki, Ernst Heminqueyin "Across the River and Into the Trees" romanı əsasında filmin çəkilişlərinə qatılacaq. İkinci Dünya Müharibəsində vuruşmuş amerikalı polkovnikdən bəhs edəcək filmin rejissoru Martin Kempbelldir.