Portuqaliyanın Madeyra adasında beynəlxalq hava limanı bu ölkənin milli komandasının və "Real klubunun hücumçusu Kriştianu Ronaldonun şərəfinə adlandırılıb.

Unikal. org-un "İnterfaksa istinadən verdiyi məlumata görə, hava limanı rəsmən "Aeroporto Cristiano Ronaldo adlanır. Aeroportun binasında futbolçunun büstü ucaldılıb.

Qeyd olunur ki, təntənəli mərasimdə Ronaldo iştirak edib və o, "Mən öz köklərim, vətənimlə qürur duyuram deyə çıxışında bildirib.

K. Ronaldo 1985-ci ildə Funşale adasının paytaxtında dünyaya gəlib. O, Portuqaliya milli komandasının ən güclü futbolçularından biri hesab olunur. Belə ki, indiyə qədər 71 qol vurub. Ronaldo, ötən il Avropa Çempionatının qalibi olub, 4 dəfə "Qızıl Qlobus mükafatını qazanıb və karyerası dövründə iki dəfə "Avropanın ən yaxşı idmançısı titulunu əldə edib.