ABŞ Türkiyənin İncirlik hərbi bazasında xidmət edən amerikalı əsgərlərin ailələrinə təcili Türkiyədən çıxmaları ilə bağlı çağırış edib.
 
Unikal.org Axar.az-a istinadən xəbər verir ki, ABŞ-ın belə çağırış etməsinə səbəb Türkiyənin cənub və cənub-şərq bölgələrində yaşanan təhlükəli vəziyyətdir.
 
Qeyd edək ki, ABŞ ordusunun yüksək rütbəli hərbçiləri İncirlik hərbi bazasında türkiyəli əsgərlərə təlim keçir.