Bakıda mağazalardan birindən oğurluq edən qadın saxlanılıb.

Unikal.org Daxili İşlər Nazirliyinə istinadən xəbər verir ki, martın 27-də Səbail rayonu ərazisində yerləşən "Park Bulvar" ticarət mərkəzindəki mağazalardan birindən geyim əşyaları oğurlanıb.

Səbail RPİ 39-cu PB əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən Balakən rayon sakini Nərmin Dibirova saxlanılıb.