Zaqatalada iki məktəblini maşın vurub. 

Unikal.org xəbər verir ki, Zaqatala rayon Polis Şöbəsindən APA-ya verilən məlumata görə, martın 29-u axşam saat 18 radələrində Zaqatala şəhər sakini, 1990-cı il təvəllüdlü Mərhəmət Musif oğlu Səfərov idarə etdiyi "VAZ 2106" markalı, 60 BE 726 dövlət nömrə nişanlı minik avtomobili ilə Zaqatala şəhəri Azərbaycan prospekti ilə hərəkətdə olarkən, yolun kənarı ilə gedən piyadalar - Zaqatala şəhər sakinləri 2000-ci il təvəllüdlü Nihad Hüseyn oğlu Əliyevi və Nərgiz İsa qızı Məmmədovanı vuraraq hadisə yerindən qaçıb. Qəza nəticəsində xəsarət alan N. Əliyev və N. Məmmədova Zaqatala Rayon Mərkəzi Xəstəxanasına (RMX) aparılıblar. Keçirilmiş tədbir nəticəsində hadisəni törədən M. Səfərov tutularaq istintaqa təhvil verilib.

Zaqatala RMX-dan verilən məlumata görə, yaralılardan N. Əliyev xəstəxananın travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir. N. Məmmədovanın vəziyyəti yüngül olduğundan ona xəstəxanada ilkin tibbi yardım edildikdən sonra ambulator müalicə almaq şərti ilə evə buraxılıb. Məlumatda bildirilir ki, N. Əliyev və N. Məmmədova Zaqatala şəhər 1 saylı orta məktəbinin 10-cu sinif şagirdləridir. Hadisə baş verən zaman onlar müəllimin yanından dərs öyrənib evə gedirlərmiş. 

Faktla bağlı Zaqatala RPŞ-də araşdırma aparılır.